Modern.az

Millimiz Ukraynaya qalib gəldi

Millimiz Ukraynaya qalib gəldi

Aktual

26 May 2021, 21:15

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv yerli komanda ilə qarşılaşıb.

 

Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.

 

Turnirdə növbəti oyun mayın 27-də Özbəkistana qarşı olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı