Modern.az

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

Aktual

27 May 2021, 00:46

Avropa İttifaqı (Aİ) Ryanair təyyarəsi ilə əlaqədar rəsmi Minskə qarşı sanksiyalar tətbiq etmək üçün yeni addımlar atacaq.

 

Modern.az xəbər verir ki, bunu Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Senatda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Aİ təkcə Belarusdakı fərdi şəxslərı yox, eyni zamanda dövlət qurumlarını da “qara siyahı”ya salmağı düşünür:

 

“Bu addım onların Avropada fəaliyyət göstərmələrini, ticarətlərini və Avropanın bazar imkanlarından istifadə etmələrini çətinləşdirmək üçün atılacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı