Modern.az

Kürdəmirdə bıçaqlanma

Kürdəmirdə bıçaqlanma

Aktual

1 İyun 2021, 10:11

28 may 2021-ci il saat 22 radələrində Kürdəmir rayonu ərazisində rayon sakini Famil Cəfərovun bıçaqlanaraq xəsarət alıb.

 

Kürdəmir rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, məlumat əsasında araşdırma aparılıb:


“Məlum olub ki, zərərçəkmişin tanışı Famil Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək,  Famil Cəfərovu  qəsdən öldürməyə cəhd edib.


Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Famil Qurbanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı