Modern.az

Metroda “Wİ-Fİ” olmayacaq

Metroda “Wİ-Fİ” olmayacaq

Aktual

1 İyun 2021, 13:54

“Metropolitendə “Wİ-Fİ” şəbəkəsinin istifadəyə verilməsi məqbul hesab olunmur”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

O qeyd edib ki, hazırda bunun üçün zərurət yoxdur:

 

“Mobil operatorların informasiya-kommunikasiya texnologiyalarının imkanları əsasında təklif etdiyi internetə çıxış imkanları kifayət qədər genişləndirilib. Sərnişinlər bu imkandan hazırda daha geniş və rahat istifadə edə bilirlər. Ümumiyyətlə? hazırda metroda “Wİ-Fİ” şəbəkəsi üçün zərurət də yoxdur.”.

 

B.Məmmədov deyib ki, əvvəldən görülən işlər “Wİ-Fİ” şəbəkəsinin quraşdırılması məqsədi daşımayıb:

 

“Bu, “Bakı Metropoliteni”nin istismar sahələrinin idarəetmə sistemlərinin optimallaşdırılmasının tərkib hissəsi olaraq həyata keçirilirdi. Onu da qeyd edim ki, bu sahədə dünya təcrübəsi öyrənilir. Əgər gələcəkdə sistemin istifadəyə verilməsi məqbul sayılarsa, məsələyə baxıla bilər”.

 

Xatırladaq ki, hələ 3 il əvvəl “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov metroda “Wi-Fi” şəbəkəsinin quraşdırılması istiqamətində işlər aparıldığını açıqlamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı