Modern.az

Yaponiyanın Azərbaycandakı səfiri Qubada olub - FOTOLAR

Yaponiyanın Azərbaycandakı səfiri Qubada olub - FOTOLAR

Aktual

8 İyun 2021, 20:32

Yaponiyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Cuniçi Vada bu gün Qubaya səfər edib.

 

Modern.az xəbər verir ki, Yapon diplomatın şimal rayonunda səfər  proqramı  zəngin olub. Əvvəlcə Cuniçi Vadanı  Quba İH başçısı Ziyəddin Əliyev  qəbul edib.Yapon diplomatı Qubada salamlayan Ziyəddin Əliyev rayon haqda,Qubanın  tolerant rayon olduğu,burada   20-dən artıq azsaylı xalq və  millətin mehriban ailə  şəraitində  yaşadığı barədə ətraflı məlumat verib. Qubanın iqtisadiyyatı,kənd təsərrüfatı və turistik imkanları haqda da yapon diplomat  məlumatlandırılıb. Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Quba İH-dəki qəbulda çay süfrəsi arxasında  Qubanın şirniyyat və özünəməxsus qənnadı məmulatlarının da dadına baxıb.Qubanın ət qutabı səfirin çox xoşuna gəlib.

 

Daha sonra Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və xanımı Qubanın unikal Xınalıq kəndinə yola düşüblər. Dəniz səviyyəsindən 2350 metr hündürlükdə yerləşən Xınslıq kəndində 9-cu əsrdə tikildiyi bildirilən məsciddə,Dövlət Turizm Agentliyinin Muzey Fondunda,Xınalıq tarix-diyarşünaslıq muzeyində olub. Quba İH başçısının Xınalıq İƏD üzrə nümayəndəsi Nəsimi Məmmədov yapon diplomata kənd haqda ətraflı açıqlama verib.Xınalıq dilinin dünyada yeganə dil olduğu diqqətə çatdılıb və bu fakt Cuniçi Vadanı çox maraqlandırıb.Xınalıq səfərində Yaponiya səfirini və xanımını Quba İH başçısının müavini Səidə Abasova müşayiət edib .

 

Səidə Abasova Yaponiya səfirinin olduğu yerlərdə hər şeylə xüsusi maraqlandığını deyib.Bildirdi ki, dünyada yeganə dil olan Xınalıq dilinin hətta öz əlifbasının olmasını ,bununla bağlı hətta Xınalıq tarix-etnoqrafiya muzeyində qədim  əlyazmasının saxlanılmasını çox maraqla qarşılayıb.

 

Cunici Vada Quba şəhərində də bir sıra görüşlər keçirib. "Qədim Quba"xalçaçılıq müəssisəsində olan səfir və xanımı Quba xalçalarını çox bəyəniblər.Xalçaların toxunma tərzi və çeşnisi barədə maraqlı suallar verən Cuniçi Vadaya Quba İH başçısı Ziyəddin Əliyev qəbul zamanı bir gözəl Quba xalçası da hədiyyə edib.

 

Daha sonra Yaponiya səfiri və xanımı Quba Memorial Soyqırım Kompleksində olub.Erməni vəhşiliyinin əyani sübutu olan Quba Soyqırım Kompleksində abidə önünə gül dəstələri qoyan yaponiyalı diplomat belə soyqırımların,insanlara zorakılıq edən və qətlyam yaşadan halların yolverilməz olduğunu söyləyib.Səfirə burada iyuyan dinc insanların1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə öldürülmələri barədə geniş açıqlama verilib.

 

Cuniçi Vada daha sonra dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbəyə baş çəkib,yerli əhalinin dil qrupu və yaşayış tərzilə maraqlanıb.Qubada olarkən Yaponiyanın Azərbaycandakı səfiri rayonun Birinci Nügədi kəndində fermer Ramiz Kərimovun fərdi təsərrüfatını gəzib,onun yetişdirdiyi yapon alma sortu ilə maraqlanıb.

 

Yapon diplomatın zəngin səfər proqramı günün sonunda başa çatıb.Qubanı yaşıl şəhər adlandıran Cuniçi Vadaya təbiət də sürpriz edib.Quba şəhərində havanı yağışlı və buludlu görən,Xınalığa gedərkən dumanla rastlaşan ,Xınalıqda isə günəşli görən səfiri rayonun təbiətini çox bəyənib.

 

Aytəkin ALXASLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı