Modern.az

Rusiyanın üç şəhərindən Bakıya reyslər işə salınır

Rusiyanın üç şəhərindən Bakıya reyslər işə salınır

Aktual

12 İyun 2021, 10:26

Rusiyanın "Azimut" aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

 

Modern.az xəbər verir ki, Mineralnıe Vodı-Bakı reysləri iyunun 19-dan işə düşəcək. Uçuşlar həftədə bir dəfə, şənbə günləri baş tutacaq.

 

Rostov şəhərindən Bakıya uçuşlar iyunun 23-dən başlayacaq və çərşənbə günləri həyata keçiriləcək.

 

Krasnodardan isə reyslər iyunun 26-dan başlayacaq. Bu reyslər həftənin şənbə günləri baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!