Modern.az

Biləsuvar sakini iş yoldaşını qətlə YETİRDİ

Biləsuvar sakini iş yoldaşını qətlə YETİRDİ

Aktual

12 İyun 2021, 11:13

Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.

 

Belə ki, Biləsuvar şəhər sakini, iş yoldaşları olan 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında münaqişə baş verib. Nəticədə sonuncu bıçaqla qətlə yetirilib.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir