Modern.az

Bakıda yaşayış binasına atəş açan şəxs tutuldu

Bakıda yaşayış binasına atəş açan şəxs tutuldu

Aktual

12 İyun 2021, 13:06

Bakıda binaya atəş açan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 6-da Ə.Əhmədov küçəsindəki yaşayış binasının qarşısında tapança patronuna aid 1 ədəd giliz və 2 ədəd güllə başlığı aşkar edilərək götürülüb.

 

Araşdırmalarla iyunun 6-na keçən gecə naməlum şəxsin tapançadan açdığı atəşdən evin birinci mərtəbəsində yerləşən təkər təmiri sexinə və 2-ci mərtəbədə yerləşən 2 mənzilin eyvanlarının pəncərə şüşələrinə ziyan dəyməsi, xəsarət alanın olmadığı müəyyən edilib.

 

 

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Allahverdiyev müəyyən edilərək saxlanılmış, ondan “Makarov” markalı tapança götürülüb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı