Qubanın Səbətlər kəndində 85 yaşlı qadın yanaraq ölüb.
Modern.az xəbər verir ki, Gecə saatlarında ikimərtəbəli evin birinci mərtəbəsində başlayan yanğın bütün evi bürüyüb. Birinci mərtəbənin mətbəxində propan qazının partlaması güclü yanğına səbəb olub.
Nəticədə evdə yaşayan, 85 yaşlı Gülnaz Nizam qızı Rəhmanova yanaraq ölüb. Digər ailə üzvləri xilas ola biliblər. Hadisə yerində FHN-nin,Quba rayon prokurorluğunun və rayon şöbəsinin əməkdaşları gəlib.
Quba rayon prokurorluğunda ölüm faktına görə araşdırma başlanılıb.
Aytəkin ALXASLI