Modern.az

İtkin düşən gəncin meyiti tapıldı

İtkin düşən gəncin meyiti tapıldı

Aktual

12 İyun 2021, 16:54

Qax rayonunda altı gün öncə itkin düşən gəncin meyiti tapılıb.

 

Modern.az-ın məlumatına görə, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elman Loğman oğlu Hüseynovun meyiti İlisu kəndi ərazisindən keçən Kürmük çayında aşkarlanıb.

 

Qeyd edək ki, E.Hüseynov sonuncu dəfə altı gün öncə ailə üzvlərinə İlisu kəndindən aralıda, dağlıq ərazidə yerləşən İlisu hamamına getdiyini bildirib. Həmin vaxt isə hava qeyri-sabit keçib və güclü yağış yağıb. Onun çaya düşərək boğulduğu ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı