Modern.az

Aleksandr Ata ilə vida mərasimi keçirilir - Fotolar

Aleksandr Ata ilə vida mərasimi keçirilir - Fotolar

Aktual

13 İyun 2021, 09:39

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

 

Modern.az xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.

 

Mərasim saat 12:30-a kimi davam edəcək.

 

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. 

 

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. ("Report")

  

 


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı