Modern.az

Qubada qurtuluş günü qeyd olunub - FOTO

Qubada qurtuluş günü qeyd olunub - FOTO

Aktual

14 İyun 2021, 18:40

Milli Qurtuluş günü bütün dövlət və milli tədbirləri xüsusi diqqətdə saxlayan Quba rayonunda ehtiramla qeyd edilib.

 

Modern.az xəbər verir ki, tədbir pandemiya qaydalarına uyğun olaraq icra hakimiyyətinin iclas zalında məsafə qorunmaqla qeyd edilib. Əvvəlcə Azərbaycanın dünya şöhrətli lideri Heydər Əliyevin Quba şəhərindəki abidəsi rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilib, önünə tər güllər döşənib.

 

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzəsində Milli Qurtuluş Gününün yaranma tarixinə geniş nəzər salıb. Bildirib ki, xalqın çətin günündə yenidən xalqla olan,vətəndaşına sözün həqiqi mənasında xilaskar olan böyük rəhbər Heydər Əliyev Azərbaycanı ağ günə çıxartdı:

 

"Heydər Əliyev kimi dahi şəxsiyyətin uzaqgörən və güclü siyasəti məhz xalqı çətin böhran və qarşıdurmadan xilas etdi" -deyə Ziyəddin Əliyev qeyd edib.

 

Digər çıxışlarda da Heydər Əliyev dahiliyinin bu günki xoşbəxt yaşayışımızın təminatçısı olduğu bir daha qeyd edilib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı