Modern.az

Bakıda yaşayış binasındakı yanğın söndürüldü

Bakıda yaşayış binasındakı yanğın söndürüldü

Aktual

26 İyun 2021, 15:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

 

FHN-dən Modern.az-a bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

 

İlkin məlumata əsasən, yanğın nəticəsində iki mənzilin eyvanının yanar konstruksiyaları və orada olan əşyalar qismən yanıb. Mənzillər yanğından mühafizə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!