Modern.az

Vətən Müharibəsinin qusarlı döyüşçülərinə medallar təqdim edilib

Vətən Müharibəsinin qusarlı döyüşçülərinə medallar təqdim edilib

Aktual

26 İyun 2021, 16:20

Qusarda Silahlı Qüvvələrin yaradılmasının 103 -cü ildönümü münasibətilə keçirilən tədbirdə şəhid ailələri,qazi və müharibə iştirakçılarına ölkə başçısının təltif etdiyi mükafatlar təqdim edilib.

 

Modern.az xəbər verir ki, Qusar İH başçısı Şair Alxasov çıxışında tarixi qələbəni xalqa yaşadan igid oğullarımızın şücaətindən danışıb, onların Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazandığı müzəffər zəfərimizdən danışıb.

 

Görüşdə Qusardan olan olan şəhid ailəsi və qaziyə, müharibə iştirakçısına 31 dövlət medalı təqdim edilib. Övladlarının layiq görüldüyü "Vətən uğrunda","Cəsur döyüşçü","Hərbi xidmətdə fərqlənməyə görə" və "İgidliyə görə"medallarını alan şəhid ailələri dövlət rəhbərliyinə razılıqlarını bildiriblər. Mükafatlandırılan qazilər və müharibə iştirakçıları da göstərilən diqqət üçün Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ediblər.

 

Aytəkin Alxaslı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?