Modern.az

Şəhidlərin mükafatları ailələrinə təqdim olunub - FOTO

Şəhidlərin mükafatları ailələrinə təqdim olunub - FOTO

Aktual

26 İyun 2021, 17:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin təltifləri ünvanlarına çatdırılıb.

 

Modern.az xəbər verir ki, Silahlı qüvvələr günündə təltif edilən şəhidlərin mükafatları ailələrinə təqdim olunub.

 

Bu münasibətlə keçirilən mərasimdə rayon üzrə 23 şəhidin ailə üzvlərinə və 12 qaziyə Prezidentin təltif etdiyi "Cəsur döyüşçü", Hərbi xidmətdə fərqlənməyə,"Döyüşdə fərqləndiyinə görə"medalları və 3 -cü dərəcəli Vətənə xidmət ordeni təqdim olunub. Müķafatları Şabran İH başçısı Asif Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin rəisi Xalid Abasov və digər rəhbər şəxslər təqdim edib. Mükafatlandırılan qazilər və övladlarının təltiflərini alan şəhid valideynləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Aytəkin Alxaslı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?