Modern.az

Qubada şəhid anaları və qazilərlə görüş keçirilib

Qubada şəhid anaları və qazilərlə görüş keçirilib

Aktual

26 İyun 2021, 17:27

Bu gün Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Qadınlar Şurası üzvlərinin bir qrupu Respublika Silahlı Qüvvələr günü münasibəti ilə Quba rayonunda şəhid anaları və qazilərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş Qubalı igidlərin bir çoxunun döyüş yolu barədə məlumat vermiş, 30 ildən bəri erməni vandallarının tapdağı altında qalan  torpaqlarımızın azadlığı uğrunda mübarizənin ön cəbhəsində tarix yazan həmyerlilərinin şücaətindən söz açmışdır. Şəhid İsmət Hacıyevin anası Gülnar xanım  bütün şəhid analarının fikrini ifadə edərək deyib ki, bizim tərbiyə etdiyimiz gənclər erməniyə layiqli cavab verməklə yanaşı, bütün dünyaya sübut etdi ki, yurd sevgisi bütün sevgilərdən üstündür, bu sevginin  əvəzi bu gün minlərlə körpənin gülüşündə yaşayır,  anaların xeyir-duasında, ataların alqışında, minnətdarlığında hər gün təkrarlanır.

 

Bu gün biz millət olaraq qürurla, sevinclə bayramlarımızı qeyd  edirik, bizə bu səadəti, xoşbəxtliyi  bəxş edən yüzlərlə şəhidimizi ehtiramla anırıq. Bizim baş tacımız olan qazilərimizin qürurla söylədikləri cəbhə xatirələrinin yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində  çox böyük rol oynayacağını vurğulayıblar.  Çıxış edənlər belə bir arzularını da dilə gətiriblər ki, bizim müzəffər silahlı qüvvələrimiz gələcəkdə də yenidən müharibə xəyalına düşməyə cəsarət edənlərə  layiqli cavab verməyə qadir olduqlarını lazım gələn anda sübut etməyə hazırdır.

 

Quba səfərində keçirilən iclasda rayonun tanınmış ziyalılarından biri, biologiya üzrə fəlsəfə doktoru, əslən Qərbi Azərbaycandan olan Dilşad Bayramova Qadınlar şurasının bölgə üzrə nümayəndəsi seçilmişdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?