Modern.az

Goranboyda Silahlı Qüvvələr Günü Şəhid ailələri ilə görüş keçirilib - FOTOLAR

Goranboyda Silahlı Qüvvələr Günü Şəhid ailələri ilə görüş keçirilib - FOTOLAR

Aktual

26 İyun 2021, 19:00

Azərbaycan Respublikasının  Silahlı Qüvvələr Günündə, Goranboy rayon İcra Hakimiyyəti binası önündə  İcra Başçısı Məhərrəm Quliyev və deputat Anar Məmmədov Şəhid ailələri və Qazilərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev və  Millət Vəkili Anar Məmmədov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında, Rəşadətli Azərbaycan Ordusunun, hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə danışdılar və Şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldı. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış. üzərlərində Şəhidlərimizin fotoları olan döş nişanları Şəhid ailələrinə  təqdim edilib.

 

Sonda xatirə fotosu çəkildi.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?