Modern.az

İmişlidəki yanğında 5 polis zəhərlənib - FOTO

İmişlidəki yanğında 5 polis zəhərlənib - FOTO

Aktual

26 İyun 2021, 20:19

“İyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı Rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb”.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb:

 

“Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir. Yanğının baş vermə səbəbləri araşdırılır”.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!