Modern.az

Göyçayda yanğın davam edir

Göyçayda yanğın davam edir

Aktual

26 İyun 2021, 21:11

Göyçay rayonu ərazisində baş verən yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

 

Modern.az xəbər verir ki, rayonun Mirzəhüseynli kəndi ərazisində dağlıq sahədə baş verən yanğının söndürülməsi üçün FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 10-a yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

İndiyədək 250 hektar sahədə biçilmiş taxıl sahəsi, 100 hektar sahədə quru ot, ağaclar və kol-kos yanıb. Hazırda yanğın davam edir. Dağlıq ərazi olduğu üçün yanğınsöndürən avtomobillərin həmin əraziyə çıxması çətinləşib. Yanğınsöndürənlər alovun qarşısını əl əməyi ilə almağa çalışırlar (apa).

 
 
Sizə yeni x var
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir