Modern.az

“Qarabağ” “Keşlə”ni darmadağın etdi

“Qarabağ” “Keşlə”ni darmadağın etdi

Aktual

26 İyun 2021, 21:31

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”la “Keşlə” təlim-məşq toplanışını davam etdirir.

 

Modern.az xəbər verir ki, komandalar hazırlıq çərçivəsində ilk yoxlama görüşünü bir-birlərinə qarşı keçiriblər.

 

“Azersun Arena”da baş tutan qarşılaşmada Ağdam təmsilçisi böyükhesablı qələbəyə sevinib. Qurban Qurbanovun yetirmələri artıq ilk hissədəcə rəqib qapısından 4 cavabsız top keçirərək görüşün taleyini həll edib.

 

Xayme Romero və icarədən qayıdan Musa Qurbanlının dubl etdiyi oyunda yeni transfer Kadi Borqes də fərqlənib. “Qarabağ” rəqibini 7 cavabsız qolla darmadağın edib.

 

Qeyd edək ki, iyunun 30-də “Qarabağ”la “Sumqayıt” yoxlama görüşündə üz-üzə gələcək.

 

Yoxlama görüşü
26 iyun
“Qarabağ” – “Keşlə” – 7:0

Abdullah Zubir, 22, Xayme Romero, 28, 30, Musa Qurbanlı, 44, 47, Kadi Borqes, 61, Hüseyn Hüseynzadə, 88

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir