Modern.az

İrəvanda elektrik stansiyasında yanğın oldu  

İrəvanda elektrik stansiyasında yanğın oldu  

Aktual

26 İyun 2021, 21:49

Ermənistanın paytaxtı İrəvanda yerləşən istilik elektrik stansiyasında yanğın baş verib.

 

Modern.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

 

Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib. Yerli vaxtla təxminən saat 19:00-da yanğını lokallaşdırmaq mümkün olub.

 

Yanğının səbəbi barədə məlumat verilmir.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!