Modern.az

Uelsi darmadağın edən Danimarka Bakıya gəlir

Uelsi darmadağın edən Danimarka Bakıya gəlir

Aktual

26 İyun 2021, 21:55

İyunun 26-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə Uels-Danimarka oyunu ilə start verilib.

 

Modern.az xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Danimarkalıların heyətində Kasper Dolberq (27-ci və 48-ci), Yoakim Mehle (88-ci) və Martin Brautvey (95+5-ci) fərqləniblər.

Danimarka növbəti mərhələdəkı oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.

 

İyulun 3-də Bakıda keçiriləcək dörddəbir final mərhələsində Danimarka yığmasının rəqibi Niderland - Çexiya duelinin qalibi olacaq.

 

Qeyd edək ki, günün ikinci oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda oynanılacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv dörddəbir finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?