Modern.az

Yevlax-Bərdə yolunda zəncirvari qəza  

Yevlax-Bərdə yolunda zəncirvari qəza  

Aktual

26 İyun 2021, 22:08

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari yol qəzası olub.

 

Modern.az xəbər verir ki, 4 avtomobilin qəzaya uğraması zamanı 2 nəfər xəsarət alıb.

 

Yaralılar Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Vəfa Mirzəyeva və Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Səməndər Səlimovdur. Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Fakt araşdırılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?