Modern.az

Britaniyanın səhiyyə naziri istefaya gedir

Britaniyanın səhiyyə naziri istefaya gedir

Aktual

26 İyun 2021, 23:25

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok istefaya getmək barədə qərar qəbul etdiyi bildirib.

 

Modern.az "TASS"a istinadən xəbər verir ki, bu barədə nazir özünün tvitter səhifəsində yazıb.

 

"Səhiyyə və sosial işlər naziri vəzifəmdən istefa ərizəmi vermək üçün bu gün baş nazirlə görüşdüm. Başa düşürəm ki, bu ölkənin bütün sakinləri (pandemiya ilə mübarizə və karantin tədbirləri zamanı -red.) böyük fədakarlıqlar etməli oldular. Bu qaydaları təyin edənlər onlara riayət etməlidirlər və buna görə də mən vəzifəmdən ayrılmalıyam", - deyə M.Henkok bildirib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?