Modern.az

Hava şarı elektrik xətti ilə toqquşdu - 4 ölü, 1 yaralı var - FOTO

Hava şarı elektrik xətti ilə toqquşdu - 4 ölü, 1 yaralı var - FOTO

Aktual

27 İyun 2021, 00:22

ABŞ-ın Albukerke şəhərində (Nyu-Meksiko ştatı) hava şarı elektrik xətti ilə toqquşub.

 

Modern.az "TASS"a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

 

Məlumata əsasən, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

 

Bildirilir ki, hadisə yerində yanğınsöndürənlər və polis əməkdaşları işləyir.

 

İnsidentin səbəbi barədə məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...