Modern.az

12 yaşlı uşağı xilas edən azərbaycanlı həkim Türkiyədə gündəm oldu - VİDEO

12 yaşlı uşağı xilas edən azərbaycanlı həkim Türkiyədə gündəm oldu - VİDEO

Aktual

27 İyun 2021, 00:49

Türkiyənin Yalova şəhərində 12 yaşlı Həmzə Dağın həyatını xilas edən azərbaycanlı həkim Sərxan Həsənov ölkə gündəminə çevrilib.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir batan Həmzə ağır vəziyyətdə xəstəxanaya çağırılıb.

 

Xəstəxanada ürəyi dayanan Həmzəni xilas etmək üçün S.Həsənov xərəyin üzərinə çıxaraq ona ürək masajı edib. Yenidən həyata qayıdan Həmzə əməliyyat edilib və bir həftəlik reanimasiyadan sonra bunu həkimləri ilə birlikdə qeyd edib.

 

“Təcili şəkildə xəstəxanamıza çatdırılan Həmzə Dağı görəndə artıq ürəyi dayanmışdı. Dərhal ürək masajına başladım. Xəstənin çox vaxtı yox idi, ona görə xərəyə çıxıb masaja başladım. Şükür ki, problem yaşanmadı. Bir həyatı xilas etdik və xoşbəxtik”, - deyə Həsənov bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?