Modern.az

Sumqayıtda iki maşın toqquşdu: bir nəfər öldü

Sumqayıtda iki maşın toqquşdu: bir nəfər öldü

Aktual

27 İyun 2021, 10:28

Sumqayıtda iki avtomobil toqquşub, ölən var.

 

Modern.az-ın məlumatına görə, qəza şəhərin Səməd Vurğun küçəsində baş verib.

 

 

Hərəkətdə olan “Lexus” markalı avtomobil qarşısında olan “Opel” markalı avtomobilə dəyib. Zərbənin gücündən “Opel” markalı avtomobil hərəkətdə olduğu yoldan çıxaraq əks istiqamətdə olan yola düşüb.

 

Ağır qəza nəticəsinə “Opel” markalı” avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü İsmayılov Ramil Ədalət oğlu hadisə yerində ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?