Modern.az

AVRO-2020-də Bakıya gələcək ikinci yığma müəyyənləşir

AVRO-2020-də Bakıya gələcək ikinci yığma müəyyənləşir

Aktual

27 İyun 2021, 11:49

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.


Modern.az xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma gerçəkləşəcək.


Günün ilk matçı Niderland və Çexiya yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Bu cütün qalibi 1/4 final matçını Bakıda Danimarkaya qarşı keçirəcək.


Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.


27 iyun


Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Niderland - Çexiya
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"
23:00. Beçika - Portuqaliya
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"


Qeyd edək ki, Bakıdakı 1/4 final oyunu iyulun 3-də keçiriləcək. AVRO-2020 iyulun 11-də başa çatacaq. Danimarka 1/8 finalda Uelsi darmadağın edib - 4:0.

Mehri Qurban

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?