Modern.az

Afrikada Covid-19-a yoluxanların sayı 5 milyonu ötdü

Afrikada Covid-19-a yoluxanların sayı 5 milyonu ötdü

Aktual

27 İyun 2021, 15:27

Covid-19 məlumatlarının tərtib olunduğu "Worldometers" saytının verdiyi məlumata görə, qitədə virusdan ölənlərin sayı 135 min 421-ə yüksəldi.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxanların sayı 5 milyon 108 min 33 olarkən, sağalanların sayı 4 milyon 560 min 737-yə çatıb.

 

Qitədə ən çox xəstəlik Cənubi Afrika Respublikası, Fas, Tunis, Efiopiya, Misir və Liviyada aşkar edilib.

 

Virus səbəbindən ən çox ölüm Cənubi Afrika Respublikası, Misir və Tunisdə qeydə alınıb.

 

Ourworldindata.org saytında yer alan məlumatlara görə, təxminən 1,3 milyard əhalisi olan Afrikada Covid-19-a qarşı təxminən 41 milyon 200 min doza aşı tətbiq edilib.

Mehri Qurban

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?