Modern.az

Paşinyanın partiyası 71 deputat mandatı alacaq

Paşinyanın partiyası 71 deputat mandatı alacaq

Aktual

27 İyun 2021, 20:20

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası Ermənistanın yeni parlamentində 71 deputat mandatı alacaq. Ona 688 761 seçici səs verib.

 

Modern.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan mərkəzi seçki komissiyasının sədri Tiqran Mukuçyan MSK-nın iclasında bildirib. Onun sözlərinə görə, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku parlamentdə 29 mandata malik olacaq.

 

Bu gün Ermənistan MSK növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. “Vətəndaş sazişi” partiyası 53,91 faiz səslə seçkilərin qalibi olub, “Ermənistan” bloku isə 21,9 faiz səs toplayaraq ikinci yeri tutub.

 

Artıq Köçəryanın seçki bloku seçkilərinin nəticələrini tanımadığını bəyan edib və Konstitusiya məhkəməsinə müraciət etmək imkanlarını nəzərdən keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?