Modern.az

Mingəçevirdə gənc oğlan intihar etdi

Mingəçevirdə gənc oğlan intihar etdi

Aktual

27 İyun 2021, 20:49

Bu gün səhər saatlarında Mİngəçevirdə polis əməkdaşları küçədə huşsuz vəziyyətdə 1990-cı il təvəllüdlü Xəlilov Camal Şahin oğlunu aşkarlayıblar.

 

Modern.az xəbər verir ki, C. Xəlilov 9 saylı orta məktəbin yaxınlığında aşkarlanıb.

 

Gənc polis əməkdaşları tərəfindən təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, ağır durumda olan C. Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin müayinə və araşdırma zamanı məlum olub ki, şəxsi problemləri səbəbindən C. Xəlilov sirkə turşusu içərək intihar edib.

 

Qeyd edək ki, ölən şəxs Mingəçevirdə məcburi köçkün şəhərciyində yaşayıb (apa).

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?