Modern.az

Kürdəmirdə yol qəzası - FOTO

Kürdəmirdə yol qəzası - FOTO

Aktual

27 İyun 2021, 21:17

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Muradxan kəndində qeydə alınıb.

 

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı körpünün dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 53 yaşlı Novruzov Habil Vəzir oğlu müxtəlif xəsarətlər alıb.

 

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır (report).

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...