Modern.az

Şəkidə iki maşın toqquşdu - xəsarət alanlar var - FOTO

Şəkidə iki maşın toqquşdu - xəsarət alanlar var - FOTO

Aktual

27 İyun 2021, 23:36

Şəki rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun rayonun Böyük Dəhnə kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil "Qazel" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı "Qazel"də olan 3 nəfər - sürücü və 2 qadın xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır (report).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!