Modern.az

Lənkəranda maşın kanala aşdı - xəsarət alanlar var - FOTO

Lənkəranda maşın kanala aşdı - xəsarət alanlar var - FOTO

Aktual

28 İyun 2021, 00:36

Lənkəranda "LADA Priora" markalı avtomobil idarəetmədən və yoldan çıxaraq su kanalına aşıb.

 

Modern.az xəbər verir ki, qəza Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində baş verib.

 

Nəticədə 3 nəfər Vilvan kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2004-cü il təvəllüdlü Elgün Səmədov və həmyaşıdı Turan Ağayev, 2005-ci il təvəllüdlü Səbuhi Tahirzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Onlardan birinin vəziyyəti ağırdır, digərlərinin səhhəti isə orta-ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?