Modern.az

İraqda elektrik stansiyası raket atəşinə tutulub

İraqda elektrik stansiyası raket atəşinə tutulub

Aktual

28 İyun 2021, 08:24

İraqın Samarra şəhəri yaxınlığında yerləşən istilik elektrik stansiyası raket atəşinə tutulub.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, raket hücumu nəticəsində enerji blokunun avadanlığına ciddi ziyan dəyib.

 

Hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

 

"Al Arabiya" telekanalının məlumatına əsasən, raket hücumuna görə məsuliyyəti İŞİD terror qrupaşması öz üzərinə götürüb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir