Modern.az

İra prezidentinin and içmə mərasiminin vaxtı AÇIQLANDI

İra prezidentinin and içmə mərasiminin vaxtı AÇIQLANDI

Aktual

28 İyun 2021, 10:58

Avqustun 3-də İran parlamentində yeni seçilmiş prezident İbrahim Rəisinin andiçmə mərasimi keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu İran parlamentinin sədr əvəzi Əli Nikzad deyib.

 

Ə.Nikzadın sözlərinə görə, bu mərasim yerli və xarici qonaqların iştirakı ilə və pandemiya qaydaları nəzərə alınaraq təşkil olunacaq.

 

Qeyd edək ki, 18 iyunda İranda 13-cü çağırış prezident seçkiləri keçirilib. İbrahim Rəisinin 17,9 milyon (61,9%) səslə prezident seçkilərində qalib gəldiyini açıqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?