Modern.az

Almaniyada təyyarə qəzası: ölənlər var

Almaniyada təyyarə qəzası: ölənlər var

Aktual

19 İyul 2021, 08:27

Almaniyanın Anhalt-Bitterfeld bölgəsində (Saksoniya-Anhalt federal torpağı) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.

 

Modern..az xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti yerli polisə istinadən məlumat yayıb.

 

Məlumata görə, təyyarənin göyərtəsində dörd nəfər olub. Nəticədə pilotla yanaşı 14 və 17 yaşlarında olan iki yeniyetmə ölüb. Digər yaralı sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri hələ ki məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi