Modern.az

Şarl Mişel Azərbaycandan Gürcüstana getdi

Şarl Mişel Azərbaycandan Gürcüstana getdi

Aktual

19 İyul 2021, 09:41

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Gürcüstana səfər edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Ş. Mişelin təyyarəsi Batumi Beynəlxalq hava limanında yerə enib. 

 

Məlumata əsasən, Şarl Mişeli hava limanında bir neçə gürcü jurnalist qarşılayıb. Jurnalistlər hava limanına üzərində bu yaxınlarda dünyasının dəyişmiş operator Lekso Laşkaravanın şəkili olduğu plakatlarla gəliblər. 

 

Bildirilir ki, onların məqsədi Şarl Mişelin diqqətini Gürcüstanda müxalif KİV-ə qarşı təzyiqlərə və Tbilisidə iyulun 5–i baş verən hadisələrə çəkmək olub. 

 

Qeyd edək ki, bu Şarl Mişelin bu il Gürcüstana etdiyi üçüncü səfərdir. Mişel Gürcüstana səfərdən əvvəl Ermənistan və Azərbaycana da səfər edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı