Modern.az

Çempionlar Liqasında "Neftçi"nin rəqibi müəyyənləşdi

Çempionlar Liqasında

Aktual

19 İyul 2021, 14:52

Çempionlar Liqasının III təsnifat mərhələsində Çempionlar yolunun püşkü atılıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin mümkün rəqibi müəyyənləşib.

 

II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq Samir Abasovun yetirmələri turu adlasa, “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək. Bu raundun qarşılaşmaları avqustun 3-4-də və 10-da baş tutacaq. “Olimpiakos” – “Neftçi” cütünün qalibi ilk oyunu evdə keçirəcək.

 

Qeyd edək ki, Azərbaycan və Yunanıstan çempionları arasında ilk qarşılaşma iyulun 21-də Pireydə, cavab görüşü iyulun 28-də Bakıda təşkil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı