“Temperatur 40 dərəcədən yuxarıya qalxırsa, hökumət bütün yerlərdə, xüsusilə də açıq iş şəraitində çalışanların işləməsini qadağan etməli, yaxud da təcili vaxt dəyişikliyinə getməlidir. İnsan həyatını risqə soxmaq olmaz”.
Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa isti hava şəraitində çalışan işçilər barədə danışarkən deyib.
“Müşahidə edərəm ki, bir çox yerlərdə iş rejimi əvvəlki qaydada davam edir, necə deyərlər, içəridə kondisioner altında oturan ağanın nə vecinə, nökərin çöldə canı çıxır”, - deputat bildirib.
Fazil Mustafanınm sözlərinə görə, son günlər temperatur 42-43 dərəcədən aşağı düşmür, ancaq normal açıqlama da verən yoxdur:
“Adamlar nicat yolunu artıq milli balıqların belə üzə bilmədiyi çirkli dənizimizdə sərinləməkdə tapırlar. Vətəndaşın sağlamlığından vacib heç nə ola bilməz”.