Modern.az

Bərdədə oğurluq edən şəxs saxlanıldı

Bərdədə oğurluq edən şəxs saxlanıldı

Aktual

22 İyul 2021, 10:20

Bir qrup rayon sakini Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev saxlanılıb. Araşdırmalarla onun 2 ədəd velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurub.

 

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu