Modern.az

“Soyuq Bulaq” və “Sultan”da qanunsuz toy keçirildi

“Soyuq Bulaq” və “Sultan”da qanunsuz toy keçirildi

Aktual

22 İyul 2021, 11:18

Bərdə rayonunda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

 

Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Soyuq Bulaq” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Sultan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaratdığı aşkarlanıb.

 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu