Modern.az

“Qarabağ” Bakıda İsrail klubuna qarşı

“Qarabağ” Bakıda İsrail klubuna qarşı

Aktual

22 İyul 2021, 11:58

Bu gün “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Oyun azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Matça arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu bir həftə sonra keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!