Modern.az

AKP nümayəndə heyəti Azərbaycana gəlir  

AKP nümayəndə heyəti Azərbaycana gəlir  

Aktual

22 İyul 2021, 12:16

İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

Modern az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

 

Onun sözlərinə görə, AKP nümayəndələrinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur:

 

"İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq".

 

Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi