Modern.az

Pakistan "TikTok"u yenidən qadağan etdi

Pakistan "TikTok"u yenidən qadağan etdi

Aktual

22 İyul 2021, 12:52

Pakistanda "TikTok" tətbiqi platformada "uyğunsuz məzmun" olması səbəbindən yenidən qadağan edilib. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən ilin oktyabrından bəri Pakistanda 3 dəfə qadağan edilən Çinə məxsus sosial media tətbiqi olan "TikTok" yenidən yasaqlanıb. 

 

Pakistan Telekomunikasiya Agentliyinin "TikTok" tətbiqetməsinə və platformanın veb saytına girişin bloklandığını elan edib. 

 

Beləliklə, "TikTok" 9 oktyabr 2020-ci ildən bəri Pakistanda 4 dəfə qadağan edilib. Bununla da Pakistan, "TikTok"u Hindistandan sonra qadağan edən ikinci Asiya ölkəsidir. 

 

Qeyd edək ki, sözügedən platforma ədəbsiz məzmun daşıdığana görə 28 iyul  tarixində dayandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu