Modern.az

Qubada “Media şəhidləri” parkı istifadəyə verildi

Qubada “Media şəhidləri” parkı istifadəyə verildi

Aktual

22 İyul 2021, 13:26

Milli Mətbuat Günündə Qubada “Media şəhidləri” parkının açılışı olub.

 

Modern.az-ın məlumatına görə, nrayonun Yusif Qasımov küçəsində yerləşən parkda Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilib.

 

Yeni park 2000 kvadratmetrə yaxın ərazini əhatə edir. Parkın mərkəzində media əməkdaşlarının döyüş şəraitində işini simvolizə edən abidə ucaldılıb. Parkda yaşıllıq zolaqları salınıb, söhbətgahlar tikilib və müasir işıqlandırma sistemi qurulub.

 

Parkın açılış mərasimində yerli icra hakimiyyətinin rəhbər şəxsləri, regiondakı mətbuat və media qurumlarının əməkdaşları iştirak ediblər.

 

Açılış mərasimində bildirilib ki, Azərbaycanın media əməkdaşları Vətən müharibəsində öz vəzifələrini şərəflə yerinə yetiriblər. Bu parkda erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?