Modern.az

YAP-da jurnalistlərlə görüş keçirildi

YAP-da jurnalistlərlə görüş keçirildi

Aktual

22 İyul 2021, 15:14

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında 22 İyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov çıxış edərək jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.



Azərbaycanda hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu deyən Tahir Budaqov bu faktı cəmiyyətin mediaya verdiyi önəmin ifadəsi kimi dəyərləndirib.



Qeyd edək ki, tədbirdə bir çox KİV orqanları, eləcə də Modern İnformasiya Agentliyi  mükafatlandırılıb.



Aysel Məhərrəm 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?