Modern.az

Vasif Durarbəyli dünya kubokuna qələbə ilə başladı

Vasif Durarbəyli dünya kubokuna qələbə ilə başladı

Aktual

22 İyul 2021, 23:29

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

 

Modern.az xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib. V.Durarbəyli birinci partiyada qələbə qazanaraq, turnirə qələbə ilə başlayıb.

 

Dünya kubokuna qatılan Azərbaycanın yeddi şahmatçısından altısı - Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.

 

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu