Modern.az

Yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Aktual

23 İyul 2021, 08:37

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və çıxış kabeli 8 p.m yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

 Bildirilib ki, yüksək temperaturdan bir ədəd qaz sayğacı əriyib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?