Modern.az

Havada tozun miqdarı 4.3 dəfə çoxdur

Havada tozun miqdarı 4.3 dəfə çoxdur

Aktual

23 İyul 2021, 09:12

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

 

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

 

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi